Müştəri Nəriman Zeynalov çağırış edir ki, “Şəki yaylası” istirahət mərkəzinə getməyin, peşman olarsınız.
Tribunainfo-nun xəbərinə görə, bu barədə özü sosial mediada paylaşım edib. “Gözəlliyinə aldanmayın…Şəki yaylasına getdim. Əvvəla yolu çox uzaqdır. O qədər getməyə dəyməz. Digər tərəfdən xidmət səviyyəsi sıfır. Oturmuşuq, yaxınlaşan yoxdur. Bir az keçdi, gəldilər, piti sifariş verdik. Sonra gəldi ki, piti qurtarıb. Kabab dedik. Kabab gəlib çıxana kimi stola stəkan, boşqab, çəngəl, bıçaq qoyan olmadı. Yemək gələndən sonra məzələri gətirdilər. Hamısını da biz dedikdən sonra yadlarına saldıqca gətirirdilər. Sonda hesab gəldi, o da səhv gəldi. Hamısını ikiqat hesablayıb gətirmişdilər. Ya bilərəkdən, ya da bilməyərək. O qalıb onların vicdanına. Qiymətlər də çox baha. Servis haqqı 10 faiz də çoxdur. Bir sözlə məsləhət deyil. Heç kimə tövsiyə etmirəm”.