İnsanda şəkərli diabet riskini artıran vərdişlər açıqlanıb.
TİA.AZ “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə tibb mütəxəssisi Camal Naziyin məqaləsində deyilir.
Araşdırma müəllifi qeyd edib ki, həyat tərzində müəyyən dəyişikliklər etməklə diabetin qarşısını almaq olar.
Birincisi, qida qəbulu rejiminə və vaxtına diqqətlə yanaşmaq lazımdır, çünki bu, qlükoza səviyyəsində kəskin dalğalanmalara səbəb ola bilər.
İkincisi, müəllif şəkəri yüksək olan alkoqolsuz içkilərdən uzaq durmağı tövsiyə edir.
Tez-tez qəlyanaltı qəbul etmək də qan şəkərinin səviyyəsini artırır. Yeməkdən sonra oturmaq tövsiyə edilmir, həkimlər yeməkdən sonra on dəqiqəlik gəzintini məsləhət görürlər.
Qeyri-aşkar simptomlar da təhlükəli xəstəliyin yaxınlaşmasını göstərə bilər – diabetin inkişafının erkən əlaməti gecə baş ağrıları, daimi yorğunluq və çox tez-tez tualetə getmək ehtiyacının olmasıdır.