ABŞ-ın Merilend ştatında Baltimor şəhərində iki oğru pulları oğurlamaq üçün bara soxulublar.
ABŞ-ın Merilend ştatında Baltimor şəhərində iki oğru pulları oğurlamaq üçün bara soxulublar.
Həmin vaxt barda polislər həmkarlarının təqaüdə çıxmasını qeyd edirdilər.
Polislər mülki geyimdə olduqlarından, oğrular bunun fərqinə varmayıblar.
Barın sahibi Cek Milani bildirib ki, oğrular kassadan pulları onlara verməyi tələb edirdilər. Barda olan polislərdən iki nəfər növbədə olduğundan soyğunçuları yaxalamaq elə də çətin olmayıb. Onlar barın yaxınlığındakı küçədə yaxalanıblar./AzNews.az