Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun şahmat üzrə Azərbaycan çempionatının 1/4 final mərhələsindəki rəqibləri bəlli olub.
Tribunainfo.az-ın məlumatına görə, bu, 1/8 finalda tay-brek görüşlərindən sonra bəlli olub.
Ş.Məmmədyarov növbəti raundda Məhəmməd Muradlı, T.Rəcəbov isə Vüqar Əsədli ilə üz-üzə gələcək.
Bundan əlavə, Misrətdin İskəndərov, Əhməd Əhmədzadə, Günay Məmmədzadə ilə Türkan Məmmədyarova da 1/4 finala vəsiqə qazanıblar.
Azərbaycan çempionatı
1/4 final cütləri
Kişilər
Şəhriyar Məmmədyarov – Məhəmməd Muradlı
Misrətdin İskəndərov – Aydın Süleymanlı
Rauf Məmmədov – Əhməd Əhmədzadə
Vüqar Əsədli – Teymur Rəcəbov
Qadınlar
Günay Məmmədzadə – Səbinə İbrahimova
Gülnar Məmmədova – Xanım Balacayeva
Ülviyyə Fətəliyeva – Zeynəb Məmmədyarova
Türkan Məmmədyarova – Gövhər Beydullayeva
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.