Bizim əsas xəbər saytları və televiziyaların çoxsu, yaşayan canlı əfsanəmiz Şəhriyar Məmmədyarov haqda nə xəbər verir, nə reportajlar hazırlayır, nə də oyunlarını idman programlarında analiz edirlər. Onlar etməsin, biz edək.
Demək Şəhriyarımız dünən Dünya Çempionu Maqnus Carlsen üzərində parlaq qələbə qazanaraq bir çox nailiyyətlərə imza atmış oldu:
1) 10 il idi ki, Maqnusu uda bilmirdi (ilk dəfə 2008-də Bakıda keçirilən FİDE granprisində Maqnusu udmuşdu). Beləliklə tilsimi qırmış və özünəinamı artırmış oldu.
2) Dünənki qələbəsilə şahmat karyerasında ən yüksək elo xalına sahib oldu – 2817,7 xal.
3) Bu elo xalı ilə Dünya Şahmat Tarixində indiyə qədər ən yüksək nəticə göstərmiş 11-ci şahmatçı oldu.
4) Bu cür göstəricilərlə Azərbaycan Şahmat Tarixinə də öz adını silinməz izlərlə yazdırmış oldu!
Belə parlaq zəkaya sahib olan, bayrağımızı ən yüksək və nüfuzlu yerlərdə qaldıran Şəhriyarımızın uğurlarına, nədənsə media qurumları laqeyd qalır (bəzilərini çıxmaq şərtilə)
Halbu ki, hansısa bir TV kanalı, xəbər agentliyi İsveçrəyə gedib Şəhriyarın uğurlarını (xüsusən Dünya Çempionunu məğlub etməsini) bir-başa yayımlaya, reportajlar hazırlaya, intervyular ala bilərdilər. Bu elə də böyük xərc olmazdı TV rəhbərlikləri üçün.
Nəinki bizim medialar, bir çox xarici idman media qurumları da Şəhriyarın dünənki uğurunu yaymaqda tərəddüd etdilər. Sadəcə rəsmi şahmat qurumları bu nailiyyəti paylaşdı. Əgər erməni şahmatçısı Aronian bunu etsəydi, bütün düyna ondan yazardı və həmin xəbərləri oxumaqdan gözlərimiz mazol olardı.
Yaxşı, onlar vermir verməsin, axı bizim yerli və xaricidilli bir xeyli mətbuat orqanlarımız, TV-lərdə xəbər programlarımız var. Bari özümüz öz parlaq zəkamıza sahib çıxaq.
Ən azından bu xəbəri #Paylaşın ki, bir çoxlarının, Şəhriyarın yuxarıda bəndlərlə sadaladığım uğurlarından xəbərdar olsunlar.
Paylaşdı: Seyidakbar Asgarov
Mənbə: facebook.com/…/a.127267027350247.30671.127…/17564859044283