Model Byanka Sensorinin anası Alexandra Sensori qızının “Qremmi” mükafatlandırma mərasiminə “çılpaq” çıxmasına münasibət bildirib.
O, qızının bu geyimi barədə neytral mövqe göstərib:
“Biz həyatımızı mümkün qədər gizli yaşayan adi insanlarıq. Byanka haqqında deməyə sözüm yoxdur, təşəkkür edirəm”.
Qeyd edək ki, Byanka Sensorinin “Qremmi” mərasiminə şəffaf tül geyinməsi dünya mediasının gündəmini zəbt edib.