Müğənni Mehin Hümbətova həmkarı Natavan Həbibiyə dəstək verib.
Tribunainfo.az xəbər verir ki, o, sənətçinin musiqimizlə bağlı fikirlərini sosial media hesabında paylaşaraq bu sözləri yazıb:
“Təəssüf ki, səhnəmizi alaq otları bürüyüb. Sənəti olmayanlar müxtəlif üsullarla gündəmi müvəqqəti zəbt edib, musiqi sənətimizə xələl gətirirlər. Üstəlik, danışanda da ağızlarına çullu dovşan yerləşmir”.
Qeyd edək ki, Natavan Həbibi sosial media hesabında bu fikirlərə yer vermişdi:
“Bəzən musiqi ilə guya məşğul olub, özlərini əsl musiqiçilərlə bir görə bilərlər, amma bu, musiqimizə zərərdən başqa bir şey deyil. Hər kəsin öz işi var və olmalıdır da. Heç olmasa ulduzluq xəstəliyindən qoruyun özünüzü. Çünki dərmanı yoxdur”.