Səhiyyənin Təminat Mərkəzi 1.6 milyonluq müqavilə bağlayıb

Səhiyyənin Təminat Mərkəzi 1.6 milyonluq müqavilə bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyənin Təminat Mərkəzi bir gündə üç tender keçirərək, onların nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, həmin tenderlərdən biri Naxçıvan MR Səhiyyə Nazirliyinin balansında olan Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserinin İnzibati Binasının əsaslı təmirini əhatə edəcək.
Bununla bağlı “Construktion Business Group” MMC ilə 106.922,67 manatlıq satınalma müqaviləsi imzalanıb.
Bildirək ki, sözügedən şirkət tender prosesində ən qalmaqallı MMC-lərdən biri hesab olunur. Bu MMC “tender akulası” hesab olunur.
Səhiyyə Nazirliyinin Səhiyyənin Təminatı Mərkəzi ikinci tenderini isə meymunçiçəyi xəstələyinin müəyyən edilməsi üçün keçirib. Tribunainfo.az xəbər verir ki, Meymunçicəyi (MONKEYPOX ) virusunun aşkarlanması üçün PCR kitlərinin satın alınması üçün sözügedən qurum “Labservis LTD” MMC ilə 106.554 manata razılaşıb.
Sözügedən qurumun üçüncü tenderi isə daha böyük məbləğli olub. Tibbi avadanlıqların satınalınması məqsədi ilə keçirilən tenderin qalibi “VIVA MEDICAL GROUP” MMC olub ki,bu şirkətlər də 1.358.709,49 manatlıq satınalma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, Cəfər Xəndan küçəsi 119E ünvanında yerləşən “Viva Medical Group” MMC dövlət satınalmalarında fəal iştirak edən şirkətlərdən olsa da, açıq mənbələrdə barəsində heç bir məlumat yoxdur.