Səhiyyə Nazirliyinin 800 minlik tenderi ləğv olundubackend

Səhiyyə Nazirliyinin 800 minlik tenderi ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin balansında olan Səhiyyənin Təminat Mərkəzi keçirdiyi son tenderində uğursuzluğa düçar olub. Tribunainfo.az xəbər verir ki, dövlət qurumu yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması üçün keçirdiyi müsabiqəni qanunun bəzi tələblərini pozduğu səbəbindən reallaşdıra bilməyib.
Belə ki, 799.449,20 manatlıq tenderin nəticəsi “Satınalmalar haqqında” qanunun 36.1.2-ci maddəsinin tələbləri pozulduğu üçün ləğv edilib. Bu da onunla bağlı olub ki, Səhiyyənin Təminat Mərkəzinin tenderinə təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmayıb.
Anti İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti bununla bağlı rəsmi qeydində bildirib ki, qanunun tələbi yerinə yetirilmədiyindən müsabiqənin ləğv olunması və yenidən keçirilməsi zərurəti yaranıb. Bundan başqa, Dövlət Xidməti ləğv protokolu ilə yanaşı, müşaiyət məktubu və kənarlaşdırma protokolu tərtib edilib.