Anti-İnhisar və İstehalak Bazarına Nəzarət Xidməti (AİİNBX) ilə Səhiyyə Nazirliyi arasında “savaş” davam edir. Tribunainfo.az xəbər verir ki, ötən həftə nazirliyin 5 tenderini ləğv edən xidmət, dünən daha 4 tenderin nəticələrini etibarsız elan edib.
Belə ki, dövlət xidməti Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin keçirdiyi 3 katirovka sorğusunu ləğv edib. Onlardan biri dəyəri 3600 manat olan nəqliyyat vasitələrinin cari təmirinin satın alınması olub. İkincisi sanitariya-gigiyena və digər xidmət haqqlarının satın alınması ilə bağlı olub ki, onun da dəyəri 2.000 manat imiş.
Üçüncü tender isə 1200 manatlıq yanacaq və sürtkü materiallarının satın alınması olub ki, bu katirovka sorğusu da etibarsız sayılıb.
Lakin AİİNBX Səhiyyə Nazirliyinin daha bir katirovka sorğusunu da ləğv edib. Söhbət Samux Rayon Mərkəzi Xəstəxanasının elan etdiyi liftlərə dövrü texniki xidmətin göstərilməsindən gedir. 1500 manatlıq bu sorğunun da qanunun əsas tələblərinin pozulması səbəbindən ləğv edildiyi bildirilir.