Səhiyyə Nazirliyinin tabeliyində olan İnnovasiya və Təhcizat Mərkəzinin iki tenderi bir gündə ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.
Məlumatda deyilir ki, həmin tenderlərdən biri Sumqayıt Şəhər Uşaq Xəstəxanasının əsaslı təmiri və rekonstruksiya ilə əlaqədar layihə- smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması ilə bağlı olub. Dəyəri 924.412 manat olan bu müsabiqənin ləğvinə səbəb iştirakçı sayının az olması göstərilib.
Digər tender isə uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri ilə bağlı xərclər çərçivəsində tibbi sərfiyyat malları və ləvazimatlarının satın alınmasını ehtiva edib. Bu layihənin dəyəri 2.263.972,19 manat göstərilir. Bu tenderin də ləğvi qanunun əsas tələblərindən birinin pozulması göstərilib.