AİİBNX ötən gün Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində olan bir neçə qurumun tenderlərini ləğv edib. Tribunainfo.az xəbər verir ki, onlardan biri Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdriyyətinin keçirdiyi tenderdir.
Belə ki, Səhiyyə Nazirliyinin Səhiyyə Müəssisələrinin cari təmir işləri müsabiqəsinin konkret olaraq nəyə görə ləğv edildiyi açıqlanmayıb. Yalnız ilgili qurumun qərarı əsasında baş verdiyi qeyd edilib. 1.485.000 manatlıq tenderin baş tutmamasının dəqiqi səbəbin açıqlanacağı isə hələlik məlum deyil.
Bundan başqa, Füzuli Rayon Mərkəzi Xəstəxanası da tenderdən məhrum olub. 83.314,90 manatlı tenderlə xəstəxana üçün cari təmir işlərinin görülməsi nəzərdə tutulubmuş. Rəsmi qərara əsasən sözügedən qurum “Dövlət satınalmalar haqqında” qanunun 36.1.2-ci maddəsini pozub. Yəni, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmayıb.
Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının tenderi isə “Dövlət satınalmalar haqqında” qanunun 36.1.3-cı maddəsinə əsasən maliyyələşdirilməsi dayanıdırılıb. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında İT mallarının satın alınması üçün 125.891,25 manat ayrılması nəzərədə tutulubmuş.