SƏHİYYƏ NAZİRLİYİNDƏN YENİ ELEKTRON XİDMƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 6-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə nazirliyin gördüyü işlərə dair tədbir keçirilib. 

İyunun 6-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə nazirliyin gördüyü işlərə dair tədbir keçirilib.

TİA.AZ xəbər verir ki, tədbirdə Azərbaycanda açıq hökumətin təşviqi üzrə ardıcıl siyasətin həyata keçirildiyi qeyd edilib. Bildirilib ki, ölkəmizdə ilk dəfə 2007-ci ildə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya“ təsdiq olunub. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində ölkədə elektron hökumətin formalaşması sahəsində əhəmiyyətli işlər görüldü, o cümlədən, dövlət orqanları öz fəaliyyətlərinə uyğun olaraq elektron xidmətlər təşkil edib. Bu xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkili məqsədilə “Elektron hökumət” portalı (www.e-gov.az) yaradılıb.

Səhiyyə Nazirliyi vətəndaşlara elektron xidmətlərin göstərilməsi istiqamətində ciddi addımlar atıb. Nazirlik tərəfindən göstərilən elektron xidmətlərin istifadəsinin asanlaşdırılması məqsədi ilə 19 adda elektron xidmət yenidən hazırlanıb istifadəyə verilib. O cümlədən, “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi; xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu; özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi xidmətləri elektron formada göstərilir.

Həmin elektron formada təqdim edilən xidmətlər siyahısına dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu; dərman vasitəsinin və dərman maddəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu; radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi və s. aiddir. Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu, tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu, tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu xidmətləri, həmçinin, elektron formada təqdim edilir.

Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən bəziləri vətəndaşlar tərəfindən daha çox istifadə olunur. Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciət və sənədlərin qəbulu xidmətindən bu ilin mayın 22-dək 20015 dəfə istifadə edilib. Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu xidmətindən 7716 dəfə, dərman vasitələri haqqında məlumat verilməsi – 3672 dəfə, tibbi kadrların vahid registrindən məlumatların verilməsi – 1231 dəfə, tibb müəssisələri barədə məlumatların verilməsi xidmətindən isə 832 dəfə istifadə edilib.

İlahə