Səhiyyə Nazirliyi maraqlı, həm də qəribə tender keçirib. Tribunainfo.az xəbər verir ki, “Özünə qulluq məhsullar paketinin (gigiyenik paketin) satınalınması”na dair tenderin dəyəri 106 min 950 manatdır.
Nazirlik bununla əlaqədar “GİLL MED” QSC ilə satınalma müqaviləsi imzalayıb. Müqaviləyə əsasən Səhiyyə Nazirliyi şirkətdən 23.000 ədəd paket alacaq.
Qeyd edək ki, bir gigeyenik paketin tərkibinə 2 ədəd sabun və 2 ədəd diş fırçası, həmçinin 2 ədəd diş pastası, 3 ədəd sabunlu üzqırxan, 1 ədəd tibbi maska, 2 ədəd üz qırxmaq üçün gel, 1 qutu plastr, 1 ədəd antibakterial cib nəm dəsmalı alacaq.
Səhiyyə Nazirliyinin bu gigeyenik paketdən harda istifadə edəcəyi maraqlıdır. Nazirlik bu barədə hər hansı açıqlama verməyib. İşin maraqlı tərəfi budur ki, əgər ondan xəıstəxanalarda istifadə olunacaqsa, o zaman indiyə qədər kimsə belə bir şey görübmü? Və ya xəstələrə belə paketlərin verildiyinə kimsə şahid olubmu?
Xatırladaq ki, tenderin qalibi olmuş Gill Med şirkəti uzun zamandır tenderlərdə iştirak edir. Nizamanmə kapitalı 2002.50 manat olan şirkətin qanuni təmsilçi isə Rüstəm Məmmədov Xudu oğludur.