Səhiyyə Nazirliyi bir uddu, iki uduzdu: 1.8 milyonluq mebel alırlar

Səhiyyə Nazirliyi bir uddu, iki uduzdu: 1.8 milyonluq mebel alırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, dünən hüquq mühafizə orqanları Səhiyyə Nazirliyində əməliyyat keçirib. Tribunainfo.az xəbər verir ki, əməliyyat zamanı nazirliyin bir neçə məsul şəxsi həbs olunub.
Bu tədbirin hansı səbəbdən keçirildiyi barədə hələlik rəsmi məlumat yoxdur. Lakin güman edilir ki, söhbət kosmetoloq və cərrah kimi fəaliyyət göstərmələri üçün saxta lisenziyaların verilməsindən gedir.
Bütün bunların fonunda Səhiyyə Nazirliyi tenderlərindən də qalmır. Belə ki, dünən Səhiyyənin Təminat Mərkəzi milyonluq tenderin nəticələrini açıqlayıb. Rəsmi qaynaqlarda bildirilir ki, Mərkəz mebel və digər təsərrüfat invertarlarının satın alınması üçün “QARDAŞLAR MEBEL” QSC ilə 1.835.852,81 manatlıq satınalma müqaviləsi imzalayıb.
Tribunainfo.az xəbər verir ki, buna baxmayaraq, nazirliyin iki tenderdə “əli gətirməyib”. Rəsmi qaynaqlarda yayılmış məlumata görə, Zaqatala və Cəlilabad xəstəxanaları üçün keçirilən tenderlərin nəticələri ləğv olub. Belə ki, Zaqatala Mərkəzi Xəstəxanası 90 min manata maşın və avadanlıq almaq istəyib. Cəlilabad Mərkəzi Xəstəxanası isə yanğınsöndürən balonların doldurulması və təmiri üçün 15.680,94 manat ayrısa da, istədyinə nail olmayıb.