“ŞƏHİDLƏRİN QANI VƏ AZƏRBAYCANIN ÇÖRƏYİ ONU TUTACAQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistandan “müvəqqəti sığınacaq” istəyən Talış Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü Şahin Mirzəyevlə bağlı aldığımız xəbər ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb. 

Bu gün Ermənistandan “müvəqqəti sığınacaq” istəyən Talış Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü Şahin Mirzəyevlə bağlı aldığımız xəbər ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb.

 Şahin Mirzəyevin atası oğlunun bu hərəkətinə görə ondan imtina edərək, onun tutduğu yola nifrət etdiyini bildirib. 

Politoloq Arzu Nağıyev TİA.AZ-a bildirdi ki, hazırda bir sıra dövlətlər və Rusiya ərazisində də Ermənistan Xüsusi Xidmət Orqanlarının maliyyə dəstəyi ilə fəaliyyət göstərən belə mərkəzlər var : “Konkret olaraq Şahin Mirzəyev məsələsinə gəldikdə isə o, ailə problemləri ilə əlaqədar bir müddət əvvəl Gürcüstana gedib, daha doğrusu həyat yoldaşının müalicəsi ilə bağlı ora yollanıb. Ermənilər yəqin ki,onu Gürcüstanda əməkdaşlığa cəlb ediblər. Düşünmürəm ki, o, hər hansı ciddi dövlət sirrinə və ya digər məlumatlara malik olsun, ən uzağı ermənilər milli mənsubiyyət məsələsini, yəni Mirzəyevin talış olduğunu və guya ona qarşı hər hansı yalançı təzyiqlərin olduğunu deyə bilərlər. Məlumdur ki, artıq onun atası da ondan imtina edib, adını çəkdiyi “Tolişi Sado” qəzetinin rəhbərliyi də belə bir əməkdaşının olmadığını və icitimai əsaslarla bir müddət əlaqəli olduğunu bildirib”. 

Millət vəkili, professor Musa Qasımlı isə bildirdi ki, Azərbaycan torpağında gəzən, çörəyini yeyən, havasını udan bu şəxsin belə hərəkətinin adı məlumdur: “Heç bir izahata ehtiyac yoxdur. O, bu addımı atmazdan əvvəl Lerik rayonundakı, öz kəndindəki şəhid məzarlarını gözlərinin önünə gətirməli idi. Şəhidlərin qanı və Azərbaycanın çörəyi onu tutacaq, gözlərini kor edəcək. Vətənə xəyanət edən və düşmən tərəfə keçən övladından atasının imtina etməsinə çox yaxşı baxıram. Xainin hərəkəti Lerik rayon sakinlərinin üstünə qətiyyən kölgə sala bilməz. Artıq bu rəzil vətən xaininin Lerik sakinlərinə heç bir aidiyyatı yoxdur. Çünki Lerik sakinləri daim öz mərdlikləri, dövlətə bağlılıqları ilə seçiliblər.”

Qeyd edək ki, BBC Azərbaycanın verdiyi xəbərə görə, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsünün yaydığı bəyanata əsasən, “Tolişi Sado” qəzetinin jurnalisti və “Talış azadlıq hərəkatının” üzvü müraciətində “Azərbaycanın etnik və dini azlıqları təqib etdiyinə və onların hüquqlarını kobud şəkildə pozduğuna” görə ölkəni tərk etməyə “məcbur olub”.  Həmçinin bildirilir ki, o, Azərbaycanı ailəsi ilə birlikdə tərk edib. Mirzəyevin atası, 92 yaşlı Sayil Niyaz oğlu Mirzəyev oğlundan imtina edib və onunla uzun müddətdir əlaqə saxlamadığını deyib.

 

Nilufər