Təhsil sahəsində bu əzəmətli səhifələrə xüsusi yer verməliyik. Dərsliklərimizdə şəhidlik anlayışı, onların qəhrəmanlığı yalnız tarixi hadisə kimi deyil, həm də Vətənə olan sevginin, əzmin və birliyin simvolu kimi təqdim olunmalıdır.
Şəhidlərin həyat hekayələri, Vətən uğrunda verdikləri qurbanlar, gənc nəsillərə həm örnək, həm də qürur mənbəyi kimi çatdırılmalıdır.
Tribunainfo.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, bu məlumatlar dərsliklərdə faktlara əsaslanan, lakin duyğusal izahlarla şagirdlərə dərindən təsir edəcək şəkildə verilməlidir:
“Ədəbiyyat, Tarix və Həyat Bilgisi fənləri vasitəsilə şəhidlərimizin ruhunu yaşatmaq, onların fədakarlığını gənc beyinlərdə dərin köklərlə möhkəmləndirmək vacibdir.
Ərazi bütövlüyümüzün bərpa olunması təhsilimizə də yeni bir ruh qatıb. Şəhidlərimiz təkcə torpaqlarımızı deyil, gələcəyimizi də işıqlandırdılar”.
Nigar