Dünən axşam saatlarında Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni, atası Məcnun Ağayev və anası Gülnaz Ağayeva yaşadıqları evdə dəm qazından boğularaq dünyalarını dəyişiblər.
Tribunainfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
Ailədən verilən məlumata görə, mərhumların dəfn mərasimi bu gün Maştağada təşkil olunacaq.
Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-də Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. O, Vətən müharibəsində Xocavənd, Füzuli, Cəbrayıl və Şuşa döyüşlərində iştirak edib və 2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. Ölümündən sonra Vahid Ağayev “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud olan qardaşı sağ qalıb.