Şəhidin bacısına yazdığı son mesaj ortaya çıxdı: “Kaş şəhid olardım, amma…” FOTO

Şəhidin bacısına yazdığı son mesaj ortaya çıxdı: “Kaş şəhid olardım, amma…” FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan səmasında qəzaya uğrayan Türkiyə hərbi təyyarəsində şəhid olan əsgər Əhməd Yasir Kuyucunun bacısı ilə son mesajlaşması ortaya çıxıb.

Tribuna Türkiyə saytlarına istinadən xəbər verir ki, şəhid Əhməd Yasir hadisədən bir gün əvvəl bacısı ilə müsajlaşıb. Bacısı qardaşının şəhid olmasını yuxusunda gördüyünü bildirib:

Yuxuda qardaşının şəhid olduğunu görən bacı bunu qardaşna yazıb. Şəhid Əhməd Yasir isə şəhid olmasına “kaş ki elə olsa, ama harada…” deyə cavab verib.
Əhməd Yasirin şəhid xəbərindən sonra bacısı ilə bu sonuncu danışığı gündəm olub.

Qeyd edək ki, Azərbaycanda keçirilən paradda iştirak etdikdən sonra Türkiyəyə geri dönən hərbi təyyarə Gürcüstan səmasında qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə olan 20 hərbiçi şəhid olub.

Gülşən Rəsul