Şəhidin 13 yaşlı oğlu faciəvi şəkildə öldü-FOTO

Şəhidin 13 yaşlı oğlu faciəvi şəkildə öldü-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsi şəhidi Elvin Əzizovun 13 yaşlı oğlu bədbəxt hadisə nəticəsində həyatını itirib.

Tribunainfo.az unikal.az-a istinadən xəbər verir ki, hadisə fevralın 19-da Masallı rayonunun Qarğalıq kəndində baş verib.

Ayxan Əzizov evdəki ov silahı ilə ehtiyatsızlıqdan atəş açıb. Nəticədə yeniyetmə aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Elvin Əzizov Vətən müharibəsi zamanı Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.