Fevralın 25-də cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan Zülfi Qədimovun yaşadığı ev sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. Fevralın 25-də cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan Zülfi Qədimovun yaşadığı ev sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub.
TİA.AZ xəbər verir ki, müzakirələrə səbəb isə şəhidin ailəsinin yaşadığı evin acınacaqlı vəziyyətdə olmasıdır. Əslən Ağdamdan olan şəhid Zülfi Qədimov dörd qardaşı ilə birlikdə bu uçuq-sökük evə yaşayıb və vətən uğrunda öz canından keçib. Valideynlərinin sözlərinə görə, Zülfi vətənpərvər ruhda böyüyüb.
“Zülfü uşaq yaşlarından vətənpərvərlik ruhunda böyüyüb. Arzusu hərbçi olmaq olub həmişə. Mən də, yerdə qalan üç oğlum da bu gün silaha sarılmağa hazırıq” – şəhidin atası Rəhim Qədimov bildirib.
Xatırladaq ki, şəhidlə vida mərasimi fevralın 28-də Qədimovalar ailəsinin məskunlaşdığı Beyləqanın Bolsulu kəndində baş tutub. Mərasimdə şəhidin yaxınları, rayon sakinləri, döyüş yoldaşları, Beyləqan və Ağdam rayonunun rəsmiləri iştirak edib. Baş çavuş Zülfü Qədimovun tabutu döyüş yoldaşlarının çiynində Beyləqan rayon şəhidlər məzarlığına gətirilib. Dəfn mərasimindən sonra tabutun üzərinə salınmış üç rəngli bayraq şəhidin atası Rəhim Qədimova təqdim olunub.