backend

Şəhidimizin nəşinin qaytarılması üçün sosial şəbəkədə aksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki həftədən çoxdur ki, Ermənistan tərəfi şəhid əsgərimiz Çingiz Qurbanovun cəsədi qaytarmır.  İki həftədən çoxdur ki, Ermənistan tərəfi şəhid əsgərimiz Çingiz Qurbanovun cəsədi qaytarmır. 

Görünür, qəhraman şəhidimiz düşmənin qəlbinə elə dağ çəkib ki, ermənilər bu addımla təsəlli tapmağa çalışırlar. Ermənistan tərəfi bildirir ki, sərhəddə baş verənlərlə bağlı hansısa istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir. Ekspertiza başa çatmadan cəsədi qaytarmayacaq. Həmçinin Azərbaycanı ötən ilin dekabrında dövlət sərhəddində baş verən atışmada günahkar olduğunu boynuna almağa çağırır.
Avropa Şurasının baş katibi Turbyorn Yaqland da Ermənistan Silahlı Qüvvələrinin qətlə yetirdiyi Azərbaycan əsgərinin cəsədini qaytarmağa çağırıb.
Lakin hələ də düşmən tərəf çirkin əməlindən əl çəkmək istəmir.
Bununla əlaqədar olaraq sosial şəbəkə istifadəçiləri aksiyaya başlayıb. Belə ki, onlar #ÇingizQurbanov haştaqıyla şəhidimizin cəsədinin qaytarılmamasına etirazını bildirir.
Sosial aksiyaya çox sayda üzvü olan bir neçə səhifə də qoşulub. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
Vüqar Şahinoğlu: Şəhidimiz #ÇingizQurbanovun nəşini qaytarın! Dostluğumdakı insanlardan xahiş edirəm ki, bu haştaqı öz profillərində paylaşaraq ictimailəşdirək ki, dünya ictimaiyyətinin diqqətinə çatdıra bilək. Hələ də şəhidimizin cəsədi erməni tərəfdədir.
Ruslan Qara: Ana müqəddəsdir. Ana canıyanandır.Ana qayğıkeşdir. Ana narahatdır.Ana gözləyəndir. Bir ana ki , oğlunun dirisini yox nəşini gözləyir o ana dərdlidir. Dekabr ayında şəhid olan əsgərimiz Çingiz Qurbanovun anasının dərdinə həmdəm olmaq üçün, şəhidimizin nəşinin qaytarılmasını aidiyyatı orqanların gündəminə salmaq üçün paylaşın! #ÇingizQurbanov
İnci Babayeva: #ÇingizQurbanov. Çingizin bədəni qaytarılsın.Ölüdən nə istəyirsiz, köpəklər?!
Aytan Mammadli: Şəhidimizi geri istəyirik. #ÇingizQurbanov
Qeyd edək ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu həmin gün itkin düşüb. Sonradan məlum olub ki, o,
düşmən tərəfindən şəhid edilib.