Şəhid topçu Orxan Qəhrəmanovun doğum günü qeyd olundu (FOTOLAR)backend

Şəhid topçu Orxan Qəhrəmanovun doğum günü qeyd olundu (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bugün İkinci Qarabağ müharibəsində şəhid olan topçu Orxan Qəhrəmanovun doğum günü qeyd olunub.
TİA.AZ xəbər verir ki, şəhid valideynləri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, başçının müavinləri, RİH-in şöbə müdirləri, YAP Suraxanı Rayon Təşkilatının sədri, ictimaiyyət nümayəndələrinin toplandığı tədbir şəhidlərimizin ruhuna etiram əlaməti olaraq bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə açıq elan olunub.
İcra başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, qazilər, “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev çıxışlarında müstəqil Azərbaycan uğrunda şəhadətə ucalan şəhidlərimizin keçdiyi şərəfli yoldan danışılıb, onların qanı bahasına əldə edilən qələbənin mahiyyətindən söhbət açılıb.
Gənc xanəndə İsmayıl Hacıyevin ifasında “Bayatı Şiraz” və “Xudayar təsnifi” tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbir boyunca dini məddahların ifasında Quran ayələri və şəhid Orxan Qəhrəmanov həsr olunmuş mahnı səsləndirilib.
Qeyd edək ki, topçu Orxan Qəhrəmanov İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Orxan Qəhrəmanov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, dövlət başçısının 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.