Deputat Pərvanə Vəliyeva və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına ekskursiya təşkil olunub. Ekskursiya “Azərbaycan Hava Yolları” QSC (AZAL) dəstəyi ilə baş tutub.
Zəngin və maraqlı proqram çərçivəsində ekskursiya iştirakçıları hava limanının necə çalışdığını ətraflı öyrənib, təyyarələri canlı izləyiblər. Həmçinin, onlara hava limanının fəaliyyətinə daxil olan xidmətlər barədə əyani məlumat verilib.
Belə ki, gənc qonaqlar hava gəmilərinin texniki xidməti ilə, hava limanının kinoloji və yanğından mühafizə xidmətinin fəaliyyəti ilə tanış olublar.
Ekskursiya iştirakçıları aviasiya dünyasına unudulmaz səyahət edib və müasir “Airbus A320neo”, “Kəlbəcər” adlı təyyarəni ziyarət etmək imkanı yaradılıb. İştirakçıların pilot və təyyarə bələdçisi peşələri barədə sualları cavablandırılıb. Qonaqlar hava gəmisi ilə yaxından tanış ola, həmçinin böyük maraqla pilot kabinəsində özlərini pilot kimi hiss ediblər.























