Şəhid övladları atalarının məzarı üstündə gördüklərindən heyrətə düşdülər (VİDEO)backend

Şəhid övladları atalarının məzarı üstündə gördüklərindən heyrətə düşdülər (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhid övladları ilə bağlı təsirli video paylaşılıb.
 

Tribunainfo.az  xəbər verir ki, bu gün 44 günlük Vətən müharibəsində şəhid olmuş Sadiq Məmmədovun övladları – 7 yaşlı Əsnad Məmmədli və 5 yaşlı Bahar Məmmədli atalarının məzarını ziyarət ediblər. Uşaqlar atalarının məzarının üzərində hədiyələrlə qarşılaşıb və bu da onların sevincinə səbəb olub. Şəhidin həyat yoldaşı Mahpəri Məmmədova 1 İyun uşaqlar günü ilə bağlı “Atanız hədiyələri sizin üçün alıb” başlığı ilə video paylaşıb.

Qeyd edək ki, Sadiq Məmmədli 15 avqust 1991-ci ildə Siyəzən şəhərində anadan olub. 1998-ci ildə Siyəzən şəhər 2 saylı tam orta məktəbin birinci sinfinə gedib. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib.
Həmin ilin oktyabr ayında hərbi xidmətə gedib. 2013-cü ildə ailə həyatı qurub. 2 qız övladı var. 2016-cı ildə hərbi silah anbarında mühafizəçi işləyib. 2012-ci ildə SOCAR YDM-da operator işləyib. 2020-ci ildə müddətdən artıq hərbi xidmətə gedib. 4 oktyabr 2020-ci ildə şəhid olub. Siyəzən şəhər ümumi qəbiristanlığında dəfn olunub.