backend

ŞƏHİD ATASI VİTSE-PREZİDENTDƏN YARDIM İSTƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ-ın redaksiyasına Ucar rayonu Ramal kənd sakini şəhid atası Məmmədov Fikrət Həbi oğlu tərəfindən müraciət daxil olub.  

TİA.AZ-ın redaksiyasına Ucar rayonu Ramal kənd sakini şəhid atası Məmmədov Fikrət Həbi oğlu tərəfindən müraciət daxil olub. 

Müraciəti olduğu kimi dərc edirik:

“ Oğlum Məmmədov Etimad Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak edərək 1994-cü il tarixində şəhid olub. Ailəli idi, 2 övladı var. Şəhid oğlum Etimadın övladı nəvəm Ehtiramı evləndirmək istəyirəm. Ancaq evimizin olmamasına görə arzumu yerinə yetirə bilmirəm. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən mənzilin növbəsinə qeydə alınmışıq. Ancaq növbəmizin çatmasına uzun illər lazımdır. Zərdab rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun qəbulunda olub, ondan bizə növbədən kənar mənzil tikintisinin təmin edilməsinə köməklik etməsini xahiş etdim. Nazir mənə bildirdi ki, Ucar rayon icra başçısı buna görə mənə məktub yazsın, məmuniyyətlə təmin edərəm. Məni qəbul edən Ucar rayon icra başçısı ilk olaraq belə bir məktubun yazılmasına razılıq versədə, sonradan bunun qanunsuz olmasını əsas gətirib yox cavabını verdi.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov həmyerlim olsada hər dəfə Bakı şəhərinə qəbuluna gedəndə müxtəlif bahanələrlə məni qəbul etməkdən yayındı. Ziya Məmmədovun vəzifəsi və imkanı olsada şəhid ruhunu sevindirmədi. Hansı ki, lazım olmayan utanc gətirən əməllərə küllü miqdarda pullar xərclədi.Oğlu Anar bir milyon ayı kəsilməsinə, 25.000 manat türk müğənnisi Hadisəyə çanta, 70.000 manata AST Telmana tar hədiyyə etməsinə pullar xərcləsə də evsiz qalmış həmyerlisi şəhid ailəsinə Allah rizasına bir mənzil tikmədi ki, bü gün savaba yazılardı, həmçinin cəmiyyət tərəfindən alqışlanardı. İndi Ziya Məmmədov yox kimi bir şeydir.Onun vəzifədən çıxarılmasına ilk olaraq, ucarlılar sevindi. Çünki bu adam öz doğulduğu rayonuna heç bir gün ağlamadı.
Ucar rayonunun Heydər Əliyev küçəsi 138 – də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 4 mərtəbəli 32 mənzilli bina inşa edilib,  006-cı il tarixində istifadəyə verilmişdir. Həmin binadakı mənzillərin çoxu şəhid ailəsi, Qarabağ müharibəsi əlili olmayan şəxslərə pulla satılmışdır ki, bunun təşkilatçısı birbaşa Ziya Məmmədov olmuşdur. Bu faktın araşdırılmasına zərurət var. Çünki bu gün Ucarda çoxlu sayda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri var ki, evsizdirlər və kirayələrdə yaşayırlar.

Bütün bu çətinliklərə baxmayaraq, ümidimizi üzməmişik, çünki şəhid ailələrinə daima xüsusi diqqət və qayğı göstərən Azərbaycanın Mehriban Əliyeva kimi mərhəmətli birinci vitse-prezidenti var.

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib, xahiş edirəm ki, şəhid oğlum Etimadın yadigarı, nəvəm Ehtiramın ailə qurması üçün arzumun yerinə yetirilməsi üçün köməklik etsin”.

P.S: Əlaqə telefonu: (050) 397-20-01

İlahə