“Ermənilər ya bizim qanunlara əməl edib, bizimlə birgə yaşamalıdırlar, ya da çıxıb getməlidirlər”.
Bunu açıqlamasında xalq artisti, şəhid atası Əli Nur deyib.
“Separatçılar dinc durmayacaqlar. Hər sentyabr gələndə ürəyim ağrayır. Separatçılar Qarabağdan getməlidir. Ermənistanda bir nəfər azərbaycanlı qalmayıb. Amma Ermənistanın ərazisi qədim Azərbaycan torpağıdır. 200 ilə yaxındır ki, ermənilər orada məskunlaşıb. Rusiya, Avropa Azərbaycan torpağında bir bəla, fəlakət yaratdı”, deyə Əli Nur bildirib.
Qeyd edək ki, 2020-ci ildə Əli Nurun oğlu Baş leytenant Rövşən Nurzadə vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi zamanı Şuşa döyüşlərində qəhrəmancasına şəhid olub.