Şəhid Anar Kazımovun anası rəhmətə getdibackend

Şəhid Anar Kazımovun anası rəhmətə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonundan olan şəhid Anar Kazımovun anası Səyyarə Kazımova dünyasını dəyişib.

TİA.AZ xəbər verir ki, bu barədə Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov “Facebook” hesabında paylaşım edib.

Şəhid anasının sentyabrın 25-də halı pisləşib. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Anar Kazımov 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub. Onun özündən başqa bir qardaşı və bacısı da var.

Qeyd edək ki, o, avqustun 4-də Qarabağdakı erməni separatçılarının açdığı atəş nəticəsində şəhid olub. Anar 4 ayın əsgəri olub.

Allah rəhmət eləsin!