backend

Şəhərli, yoxsa rayonlu, kəndli…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 
Əslində, Bakıda, şəhərdə, şəhər tipli yaşayış məkanlarında doğulmaya bilərik.

Pisi yazanda, görəndə, deyəndə, yaxşını da yazıb, görüb, deməliyik.
Bəzən görməmişliyimizi “süni şəhərli” geyimi və ya görkəmi altında gizlədə bilərik, aristokrat olmağa, intellektual görsənməyə çalışa bilərik. Amma görüntü ayrıdır, sünilik hiss edilir, gec-tez insanın əsl kimliyi, oynadığı rol və motivləri məlum olur.
Şəhərə gəlib şəhərli ol demirik ki, sadəcə etik qaydalar var ki, ölkənin, dünyanın harasında yaşayırsan yaşa, bunu nəzərə almalısan.
Bir iki kitabı oxumaq, ağıllı görsənməklə də, insan olmaq alınmır.
Şəxsən mən çalışıram, empatik olum, qınamayım, amma müşahidələrim məni üzür. Müşahidələrim inkişaf yerinə, cəmiyyətin deqradasiyaya uğradığını görürük.
Hər kəsin öz işidir, amma onun öz işi digərlərinin şəxsi həyat, istirahət, işinə mane olur, qloballaşırsa, hərəkət və ya sözlərdə ixtisarlar edilməlidir.
Mən insanları geyiminə, zahiri görkəminə, maddi durumuna görə bölməyi sevmirəm. İnsanın xarakteri daha önəmlidir. İnsanın davranış, hərəkət və sözləri isə onun xarakteri və kimliyinin göstəricisidir.
Elə rayonlu, kəndli var ki, şəhərlidən daha mədəni, əxlaqlı, savadlı, tərbiyəli, ağıllıdır. Elə şəhərli də var ki, apar zibilliyə tulla, ondan adam olmayacaq.
Bizdə şəhərli rayona gedib çox zaman şəhərli kimi qala bilir, etikadan kənar davranmamağa çalışır, şəhərlinin canından şəhərliliyi almaq olmur. Şəhərli o zaman “çuşka” olur ki, heç vaxt insan olmayıb. Əsas insanlıqdır. Onu da ailə və genetik amil müəyyən edir.
Mən şəxsən şəhərdə doğulsam da, valideynlərim rayonda doğulandırlar. Amma bütün nəslimdə ən azı nənəm, babam belə ali təhsilli olub, ağlı başında olan, savadlı, dünyagörüşü olan, mədəni insanlar olub. Nə ana tərəfdə, nə ata tərəfdə söyüş söymək, qonağa, insanlara sayqısız davranmaq, yola zibil atmaq, ucadan danışmağı görməmişəm.
Özümü tənqiddən başlayım. Səsim ucadır, aşağıdan danışa bilmirəm, çox adam bunu mənə irad kimi bildirir. Nə də ki, ucadan gülməyim həyasızlıq deyil, təbii, ürəkdən, səmimi gülüşdür. Amma baxır harada və necə. Geyimim də açıq ola bilər. Açıq-saçıq geyinmək zövq məsələsidir. Yaraşırsa, o insana xoşdursa, rahatdırsa o geyimdə, geyinsin.
Amma son 2 il ərzində müşahidə etdiyim mənzərə məni sevindirmir.
1. Şəhərdə normal sayılan şort geyimi, sarafan, mini don və ya ətək geyinən qıza “sonradan gəlmələr” söz atır, eşşək kimi anqırır, telefon nömrəsini uca səslə deyir, çiyniylə özünü həmin qıza vurur, öz vurur, dişlərini ağardır. (eşşəyi təhqir etdiyim üçün üzr istəyirəm)
2. İctimai yerdə əlində günəbaxan tumu çıtlayaraq qabığını, yemək yediyi zaman qalıqlarını, zibili yerə atır, onsuz da xadimə gəlib süpürəcək. Xadimələri görmüsünüz? Onlar sizdən kiminsə bəlkə anası, nənəsidir, niyə onları incidirsiniz? İrad bildirəndə də, elə üzünə bozarırlar ki, elə bil, səhv edən sənsən…
3. İşıqforu xaricdə heç heyvanlar elə keçmir. Zebradan işıqfora baxaraq keçir. Tiflisdən götürdüyüm küçə itləri qədər də ola bilmirlər.
4. Mən çox zaman rayona, kəndə qonaq getmirəm, çünki kimisə narahat etmək istəmirəm. Pulum olanda, çalışıram kirayədə qalım. Çox yaxın bildiyim adamda qalaram. O da 1-2 gündən artıq olmamaq şərtilə. Çünki yük olmaq, mane olmaq, narahatçılıq yaratmaq istəmirəm. Amma şəhərə qonaq gələn “sonradan gəlmələr” ictimai nəqliyyat vasitələrində iyli kənd təsərrüfatı məhsullarını daşıyıb nəqliyyat vasitəsini nəfəs ala bilməyəcək səviyyəyə gətirib çıxardır. Ağızlarından hökmən iy, bədənlərindən tər iyi gəlir.
5. Şəhərə içib keyf edərəm məqsədilə gələnlər içə bilmədikləri halda, elə içirlər ki, sonra yola, ictimai nəqliyyat vasitələrinə qusurlar.
6. “Sonradan gəlmələr” kiməsə qonaq gələndə bütün nəsli, uzaq-yaxın qohumları ilə gəlir, baxmır ki, şəhərdə yaşayan kirayədə qalır, bir otağı var, kiçik uşağı var.
7. Çox səsli-küylüdürlər. Sakit dincəlmək, istirahət etmək olmur. Adamın başı gedir, bilmirsən, başını götürüb hara qaçasan.
8. Kitab oxuyan qız görəndə, bir iki bildikləri söz, atalar sözü, aforizm guppuldadırlar ki, guya öz ağıllarında bu qızı tutacaqlar.
9. Şəhər qızlarının hamısına “sonradan gəlmələr” fahişə gözüylə görür, gözü görən hər qıza, qadına girişir, ictimai nəqliyyatda özünü sürtüşdürürlər.
10. Rayon yerində iş tapa bilməyənlər burada ya əxlaqsızlıq, ya oğurluq, narkotika, insan alveri ilə, ya da digər cinayətlərlə məşğul olur.
11. Qonşu kimi çox qeyri-etik olurlar. Evlərindəki səs evinə qədər gəlir, gündəlik dava və ucadan danışmalar, deyişmələr, qırışmalar insanı narahat edir.
12. Yeni şəhərə köçüb, ev alanlar evinin təmirini mütləq həftəsonuna, insanların dincəldiyi vaxta salır ki, qonşular bilsin ki, yeni gələn qonşu var, ev təmir edir.
13. Liftlərə, yollara, ictimai parklara öz təbii ehtiyaclarını ödəyirlər.
14. İctimai yerdə başqalarının yanında elə söyüşlər söyürlər ki, sanki onun o jarqonunu ancaq o bilir, o söyüşləri mən də bilirəm, bir gün elə söyənə elə söyəcəyəm ki, yeri qazıb diri-diri özünü basırmaq istəyəcək.
15. Kənd, rayon yerində torpaqları, təbiəti, təbii qidanı, sağlam həyatı qoyub, ekoloji cəhətdən təmiz olmayan şəhərə, qidaya, yaşam tərzinə, hay-küyə gəlirlər. Torpağınızı becərin, heyvandarlıqla məşğul olun, pul qazanın! Nə var axı, şəhərdə? Təhsil aldınsa, qayıt, öz rayon, kəndin üçün faydalı ol, maarifləndir, kömək et, dirçəlt! Bakıda, şəhərdə iş tapdın, lap yaxşı, ailənə pul göndər, ayağa qaldır! Daha Bakıda, şəhərdə qalma, yaşama, işləmə imkanlarına görə şükür etmək yerinə, adam olmaq əvəzinə, insanlıqdan çıxma!