Slovakiyada şəhərə girən ayı küçədə iki nəfəri yaralayıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Ayı Slovakiyanın Liptovski Mikulas qəsəbəsinə enərək ətrafdakı insanlara hücum edib.
Ayı hücumunda 49 yaşlı qadın çiynindən, 72 yaşlı kişi isə başından yaralanıb. Xəbərdarlıq üzərinə hərəkətə keçən qruplar ayını tutaraq yenidən meşəyə buraxıblar.
Şəhərə enən ayı ətrafdakılar tərəfindən görünərkən, yol boyu qaçan ayının səkidə bir adama hücum etdiyi görülüb.
Slovakiyanın Ətraf Mühit Nazirliyi,Rumıniyanövbəti iləAvropa Birliyi(Aİ) artıq nəsli kəsilmək təhlükəsi olmadığı üçün ayıların ov üçün qorunan növlər siyahısından çıxarılması təklifini Ətraf Mühit Nazirləri Şurasına təqdim edəcəyini açıqlayıb.