SƏHƏR YEMƏYİNDƏ BU QİDALARDAN İMTİNA EDİN

SƏHƏR YEMƏYİNDƏ BU QİDALARDAN İMTİNA EDİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər yeməyi orqanizm üçün ən vacib qida qəbuludur. Düzgün seçilmiş səhər yeməyi insanı gümrah edir, iş qabiliyyətini artırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, maddələr mübadiləsi proseslərini sürətləndirir, artıq çəkidən azad olmağa kömək edir. Bu səbəbdən də mütəxəssislər səhər yeməyi zamanı qəbul edəcətimiz qidaları düzgün seçməyi məsləhət görür.

Tribunainfo.az yazır ki, həkim-dietoloqların fikrincə bəzi qidalar var ki, səhər yeməyində onları qəbul etməkdən birdəfəlik imtina etməliyik.

Şirniyyatlar, un məmulatları – Tort, pirojna, peçenye, bulka kimi qidalar qanda şəkərin səviyyəsini kəskin qaldırır və sonra kəskin endirir ki, insan tez bir zamanda acır.

Təzə meyvə və tərəvəzlər – Tək meyvə və ya tərəvəz salatı səhər yeməyi üçün çox pis seçimdir. Acqarına yeyilmiş çiy meyvə və ya tərəvəzlər həzm sistemində müxtəlif pozulmalara səbəb ola bilər. Meyvələri sıyıqlara əlavə etmək olar.

Kolbasa və sosis – Bu qidalar ümumiyyətlə çox ziyanlıdır. Dünyada aparılmış araşdırmalar bu qidaların kanserogen (xərçəng əmələ gətirən) təsirini təsdiq edib. Səhər boş qadına qəbulu isə qətiyyən məsləhət görülmür.

Hazır səhər yeməkləri – Dükanlarda satılan və “sağlam qida” kimi təqdim olunan hazır səhər yeməklərinin tərkibində müxtəlif kimyəvi əlavələr (aromatizatorlar, boyaq maddələri və s.) çoxdur. Həmçinin onlar çox şirindir.