Səhər tezdən azanın mikrofonla verilməsi doğrudurmu? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar müsəlmanları namaza çağıran Azanın insanları narahat etməsi ilə bağlı şikayətlərin sayı artıb. 

Son zamanlar müsəlmanları namaza çağıran Azanın insanları narahat etməsi ilə bağlı şikayətlərin sayı artıb.

Şikayətlər əsasən sübh azanının evdə uşaqları və xəstələri o cümlədən başqa dindən olan insanları narahat etməsi yönündədir.

Bütün bunlar bir sual yaradır. Sübh vaxtı, mikrofonla  azan verilməsi doğrudurmu?

İlahiyyatçı Elşad Mahmudovun sözlərinə görə, bütün məscidlərdə azan verilərkən səsgücləndiricilərdən səsi uyğun bir şəkildə tənzimləmək tövsiyyə edilir. 

“Bunu həddi aşaraq yüksəltməyin mənası yoxdur. Mahiyyət bundan ibarətdir ki, məscid və  ətrafında olan yaşayış yerlərinə azanın səsi çatsın. Mikrofonlardan uyğun şəkildə istifadə olunsa, bu narahatlıq doğurmaz nəticədə şikayətlər aradan qalxar”.

İlahiyyatçı əlavə edib ki, azan səsini qəbul edib-etməmək insanın inanc dünyası ilə bağlıdır.

“Azan namazın gəlməsini bildirən bir hadisədir. Əksər ölkələrdə buna etiraz edilmir. Tam əksinə qəbul edib, sevinirlər. Mikrofon çıxana , texnologiya inkişaf edənə qədər minarələrdən canlı səs verilirdi. Bir şeyi nəzərə almaq lazımdır ki, əvvəllər şəhərlər indiki qədər böyük deyildi.  İndi şəhərlər böyüyüb, məscidlərdə mikrofonları minrələrə qoyublar. Lakin bütün dünyada məscidlərdən azan verilərkən səsin normasına diqqət edirlər”.