Bir qrup sakin Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət edib.
Tribunainfo.az xəbər verir ki, prosesdə maraqlı tərəf kimi “Gold Məkan” MMC də iştirak edir. İcra hakimiyyətini məhkəməyə verən iddiaçılar Eyvazov Yaqub, Məmmədov Rüfət, Salamova Sevda, Əliyev Əflatun, Abdullayeva Sima, Bağırov Yusif, Məhərrəmova Sevinc, Fətullayeva Adilə, Əliyev Naibə, Səlimli Səxavət, Yusifova Səadət adlı sakinlərdir.
İşin mahiyyəti inzibati orqanın aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. Mübahisə torpaq səbəbindən yaşanır.
İş Bakı Apellyasiya Məhkəməsindədir. 15 avqust tarixində hakim Kamran Əkbərovun sədrliyi ilə işə baxılacaq.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar