Şəhər meri və daha 13 nəfər həbs olundu – Korrupsiya ittihamı

Şəhər meri və daha 13 nəfər həbs olundu – Korrupsiya ittihamı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayət işində 20 nəfərin adı hallanır

İtaliyanın Fuskaldo şəhərində 215 min avro dəyərində korrupsiya ittihamı ilə 14 nəfər həbs edilib.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiyanı ANSA nəşri yayıb. Məlumata görə, həbs edilənlər – şəhər meri Canfranko Ramundo, onun müavini, müşavirləri və bəzi dövlət məmurlarıdır.

Tutulanlardan 12-si dəmir barmaqlılar arasında, 2-si ev dustağı kimi saxlanılır. Ümumilikdə isə cinayət işində 20 nəfərin adı hallanır.

Onların ələ keçirilmə əməliyyatlarında 100-dən çox hərbçi iştirak edib.

Həbs edilənlərin dövlətə ziyanı 7.5 milyon avro dəyərində qiymətləndirilir.