Şəhər 5 metr su altında qaldı – ŞOK GÖRÜNTÜLƏR

Şəhər 5 metr su altında qaldı – ŞOK GÖRÜNTÜLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 107-yə, itkin düşənlərin sayı isə 136-ya yüksəlib. 100 mindən çox əhalisi olan Quiba şəhərindən sosial mediada yayımlanan görüntülər fəlakətin miqyasını açıqlayıb. Bəzi atlar da sağ qalmaq üçün damlara sığındılar.

Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, Açıqlamada 374 yaralının xəstəxanalarda müalicə olunduğu, axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilib.

Yerli KİV-in məlumatına görə, hələ də minlərlə insana elektrik enerjisi və internet xidməti verilmir; Ölənlərin sayının daha da artacağı təxmin edilir.