backend

“Səfiri qətlə yetirənlər Rusiya-Türkiyə münasibətlərini …”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsinə münasibət bildirib. 

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsinə münasibət bildirib.

Z.Əsgərov TİA.AZ-a açıqlamasında törədilən cinayət hadisəsini qınadığını deyib:

“Biz bu hadisəni şiddətlə qınayırıq və qətli törədənləri lənətləyirik. Şübhəsiz ki, bu çox böyük təxribatdır. Biz bunu terror aktı olaraq qəbul edirik. Birmənalı olaraq Türkiyə və Rusiya münasibətlərinə xələl gətirmək istəyən qüvvələr Ankarada bu cür qəddar və vəhşi terror aktı törədiblər. Azərbaycan olaraq biz bu cür terror aktını lənətləyirik və pisləyirik. İnanıram ki, bu cür hadisələr Türkiyə ilə Rusiya arasında münasibətlərin pozulmasına səbəb olmayacaq. Çünki Rusiya tərəfi də törədilən bu hadisənin iki ölkə arasındakı münasibətlərin pozulması üçün atılan təxribat olduğunu anlayır. Bu təxribatı törədənlər və səfiri qətlə yetirənlər Rusiya-Türkiyə münasibətlərini pozmaq istəyən qüvvələrdir. Ancaq inanıram ki, onlar bu məkrli istəklərinə nail ola bilməyəcəklər”.