Səfiri keşiş Baqratı ələ saldı – o kimdir?

Səfiri keşiş Baqratı ələ saldı – o kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifətinin hal hazırda lideri statusunda olan keşiş Baqrat Zəngəzurda olarkən maraqlı açıqlamalar verib. Tribunainfo.az xəbər verir ki, o, 12 iyun hadisələri ilə bağlı Ermənistanda fəaliyyət göstərən bütün səfirliklərə müraciət ediblər.
Məqsəd həmin səfriliklərin hadisəyə münasibətini öyrənmək olub. Lakin Ermənistandakı səfriliklərdən birinin cavabı Baqratı əməlli-başlı ələ salmaqdan ibarət olub. “Avropanın əsas oyunçusu olan bir ölkənin səfirliyinə məlumatları təqdim edib. Bilirsiz, nə cavab verirlər? Onlar, “Bəli, bu epizodlar dəhşətlidir, sadəcə olaraq qəbuledilməzdir. Lakin onlar Rusiyayönlü insanların, daha doğrusu, Rusiya agentlərinin hakimiyyətə gəlməsi ilə müqayisədə daha az qorxuncdur” deyə bildiriblər”.