Səfir Trampa sataşdı – Tvitterdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kubanın ABŞ-dakı səfiri Xose Ramon Kabanyas Trampı əsəbləşdirmək üçün özünün Tvitter hesabında ona sataşıb. 

Kubanın ABŞ-dakı səfiri Xose Ramon Kabanyas Trampı əsəbləşdirmək üçün özünün Tvitter hesabında ona sataşıb.

Bu barədə “Hill” nəşri xəbər verib.

“Kuba. İndi onun ABŞ-ın xarici siyasətinin düşməni olması rəsmiləşdirilib. Ehtiyatlı olun” – deyə səfir yazıb və yazısını turistlərin fotoları ilə birlikdə paylaşıb.

Qeyd edək ki, səfirin yazısı sonradan silinib. Lakin nəşr onun surətini paylaşıb.

ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanın Kuba ilə siyasəti normallaşdırmaqla bağlı “səhv” siyasətinin ləğv etdiyini bildirib. Bu, Kuba hökuməti tərəfindən kəskin narazılıqla qarşılanıb. (report)