“Zəngəzur məsələsi təkcə Ermənistanın qonşu dövlətləri üçün problem deyil, həm də İranın maraqlarını təhdid edir. İran Ermənistanı bu təhlükədən xəbərdar etməlidir”. Tribunainfo.az xəbər verir ki, bunu İranın Ermənistandakıə səfiri Mehdi Sübhani “Khabarfori” saytına müsahibəsində deyib.
O iddia edib ki, Türkiyə, Azərbaycan və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı planı həyata keçərsə, bu, mütləq İranın maraqlarına zidd olacaq. “Rusiya bir tərəfdən İranla dostluq edir, digər tərəfdən isə bizim maraqlarımıza zidd hərəkət edir. Həm beynəlxalq səviyyədə, həm də regional səviyyədə ölkələrlə yanaşmalarımızı dəyişməliyik ki, belə hadisələr baş verməsin”.
Sübhani qeyd edib ki, Rusiya heç vaxt İranın strateji tərəfdaşı olmayıb. “Mən dəfələrlə demişəm ki, Rusiya heç vaxt bizim strateji tərəfdaşımız olmayıb. Amma yenə də İrandakı bəzi cərəyanlar deyirdilər ki, Rusiya bizim tərəfdaşımızdır və bu gün biz onların sözlərinin səhv olduğunu görürük və bu səhvi düzəltməlidirlər”.
Səfir onu da deyib ki, guya, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxanlar arasında təkcə İran və Ermənistan deyil, həmçinin avropalılar, hətta ərəb ölkələri də var.