Səfir Kopirkin: Rusiya qoşunları Ermənistandan çıxarılmayacaq

Səfir Kopirkin: Rusiya qoşunları Ermənistandan çıxarılmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın İrəvandakı səfiri Sergey Kopirkin RİA Novosti agentliyinə müsahibəsində bildirib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasından söhbət gedə bilməz.

“Belə siqnallardan xəbərim yoxdur. Mən Ermənistan tərəfinin rəsmi açıqlamalarını, xüsusən də bazanın çıxarılmasından söhbət getmədiyini rəhbər tuturam. Rusiya tərəfdən də belə siqnallar olmayıb”, – deyə səfir Gümrüdəki Rusiya bazasının bağlanması və Rusiya sərhədçilərinin geri çəkilməsi ilə bağlı İrəvandan xəbərdarlıqların olub-olmaması ilə bağlı sualı cavablandırıb.