Səfir: İran bunun tərəfdarıdır  lakin Ermənistanın suverenliyi çərçivəsindəbackend

Səfir: İran bunun tərəfdarıdır lakin Ermənistanın suverenliyi çərçivəsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranlı diplomat hesab edir ki, kommunikasiyaların hər hansı blokunun açılması qarşılıqlı olmalıdır.

Tribunainfo.az Sputnik Armenia-ya istinadən bildirir ki, İranın səfiri Mehdi Sobhani açıqlamasında qeyd edib ki, İran regional kommunikasiya və nəqliyyat marşrutlarının açılmasının tərəfdarıdır, lakin bu, Ermənistanın suverenliyi çərçivəsində baş verməlidir.

Onun sözlərinə görə, İranın nəqliyyat əlaqələrinin bağlanması ilə bağlı mövqeyi bəlli olub və qalır.

“Əgər blokun açılması baş verərsə, o zaman aydındır ki, bu, hərəkəti daha da gücləndirəcək və genişləndirəcək. Amma hər şey qarşılıqlı əsasda olmalıdır. Əgər razılıq olarsa, deməli, biz sülhə daha da yaxınlaşırıq. Bu, yalnız dövlətin xeyrinədir. Biz sabit dünyaya töhfə verən hər şeyi dəstəkləyirik”, – diplomat əlavə edib.