“Şəfiqə Nağıyevanı heç vaxt mənim efirimdə görməyəcəksiniz” – Elgiz hiddətləndi-VİDEObackend

“Şəfiqə Nağıyevanı heç vaxt mənim efirimdə görməyəcəksiniz” – Elgiz hiddətləndi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar televiziyalarda aparıcıların və verilişə dəvət olunan ekspertlərin əndazədən çıxan davranış və hərəkətlər nümayiş etdirmələri, bir-birini təhqir etməyi bir növ dəb halını alıb. 

Bu günlərdə “Xəzər” televiziyasında yayımlanan “Təsir dairəsi” verilişində baş verənləri isə əsl biabırçılıq adlnadırmaq olar. Belə ki, efirdə ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyeva və fəlsəfə doktoru Anar Vəziroğlu arasında qalmaqal yaşanıb, bu zaman Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək, canlı efirdə Şəfiqə Nağıyevanın üstünə su atıb.

Mövzu ilə bağlı tanınmış teleaparıcı Elgiz Əkbər Yenisabah.az-a danışıb. O, bəzən aparıcıların efirdə bu cür hallarla qarşılaşdığını bildirib:

“Lalə Azərtaş həmin anda becə lazımdırsa, o cür də reaksiya verdi. Bilirsiniz, canlı efirdə hər an hansısa xoş olmayan hadisə baş verə bilər. Sadəcə, aparıcı son dərəcə peşəkar olmalıdır. Aparıcı bacarmalıdır ki, baş verə biləcək hadisələrin əvvəlcədən qarşısını alsın, ya da hadisəni elə bir şəkildə məcrasına qoysun ki, nə şiş yansın, nə kabab. Elə etmək lazımdır nə tərəflər bir-birinə düşmən kəsilsin, nə də ictimaiyyətdə ajiotaj yaradacaq hansısa ifadələr, hərəkətlər olmasın. Aparıcının peşəkarlığından çox şey asılıdır. Məncə, Lalə Azərtaş bu hadisədə öz peşəkarlığını ortaya qoymağı bacardı. Bəziləri bu qalmaqalın reytinq naminə əvvəlcədən planlaşdırıldığını iddia edir, qətiyyən belə deyil. Nə danışırsınız? Heç kim istəməz ki, efirində bu cür hadisələr baş versin”.

E.Əkbər bir müddət əvvəl verilişində ekspert kimi çıxış edən Şəfiqə Nağıyeva ilə aralarında baş verən hadisədən də danışıb:

“Artıq Şəfiqə Nağıyeva verilişimdə ekspert kimi iştirak etmir. Əgər söhbət məndən gedirsə ki, mən kiminləsə küsülülük saxlayıram, bu belə deyil. Mən heç kimlə küsülü deyiləm, Azərbaycanda küsülü olduğum heç kəs yoxdur. Yeganə bir nəfər var idi, onunla da barışmışam. O ki, qaldı Şəfiqə Nağıyevaya, biz bir də heç vaxt əməkdaşlıq etməyəcəyik. Yəni onu bir daha mənim efirimdə görməyəcəksiniz”.

Qeyd edək ki, ötən günlərdə Ş.Nağıyeva “Elgizlə izlə” proqramını ağlayaraq tərk edib. Buna səbəb isə onun efirdə keçmiş məhbus olan Nüsrət adlı bəylə davasıdır. Belə ki, Nüsrət münaqişə zamanı vəkilin oğlunun adını çəkib, həm də “Bəs siz niyə boşanmısız” sualını ünvanlayıb.

Ş.Nağıyeva bu üslubdan narahat olub və efirdən göz yaşı tökərək çıxıb, həmçinin buna Elgizin şərait yaratdığını deyərək etirazını bildirib.