Xalq artisti Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilib.
Bu barədə ARKİ-dən bildirlib.
Qeyd olunub ki, İttifaqın Nizamnaməsinə uyğun olaraq növbəti ümumi yığıncaq keçirilib. Yığıncaqda İttifaqın sədri Şəfiqə Məmmədova geniş hesabat məruzəsi ilə çıxış edib.