“ABŞ prezidenti iki ölkənin (Ermənistan-Azərbaycan) liderini Ağ Evə dəvət edibsə, bu o deməkdir ki, hansısa sənədin imzalanacağına dair təminatlar, etimad, görülən işlər var”.
Tribunainfo.az xəbər verir ki, bu fikirləri politoloq Styopa Səfəryan “ Haykakan Jamanak” qəzetinə açıqlamasında deyib.
Erməni ekspert vurğulayıb ki, ABŞ bununla iki məsələni həll etməyə çalışır. “Birincisi, Azərbaycanın narahatlığını aradan qaldırmağa nail olacaq. Yəni, söhbət sülhdən gedirsə, o zaman müqavilə hazırdır, onu imzalamaq şərtdir. İkincisi, ABŞ prezidenti “Tramp körpüsü” ideyası ilə çıxış edib ki, bu da Ermənistanın təklif etdiyi Sülh Yollarının kəsişməsi ilə demək olar ki, eynidir”.
Səfəryan onu da deyib ki, çoxları buna Ermənistan- Azərbaycan problemlərinin həlli kimi baxmağa meyllidirlər. “Lakin buna Ermənistan-ABŞ münasibətləri kontekstində baxmaq lazımdır. Burada həm şəxsi, həm də ölkə maraqları var: bizim marağımız blokadanın aradan qaldırılmasıdır”.
Fərda Uğur