“İran “ağıllı milli strateji sənəd” hazırlayaraq Zəngəzur dəhlizinə qarşı sərt mövqe tutmalı və transregional təhdidlər və sui-qəsdlər barədə Mərkəzi Asiya regionu ölkələrini məlumatlandırmalıdır”.
Tribunainfo.az xəbər verir ki, bunu İrandakı anti-Azərbaycan qrupunun üzvü Dairuş Səfərnejad “Mehr” Agentliyinə müsahibəsində deyib.
O iddia edib ki, Zəngəzur dəhlizi 34 illik Amerika-İsrail layihəsidir. Onun sözlərinə görə, İran müqavimət göstərməyə və möhkəm dayanmağa davam etməlidir. “Müqavimətimizin nəticəsi o olacaq ki, heç bir xarici müdaxilə olmayacaq. Həmçinin Azərbaycan və Ermənistan bizim qonşu olmaq hüququmuza hörmət etməlidir”.
Səfərnejat onu da iddia edib ki, Qərb gələcəkdə bu dəhlizdən İrana qarşı separatizmdə istifadə etməyi planlaşdırır.
Amma bu ekspert 12 günlük müharibə dövrünə də toxunub. Ənənəsinə sadiq qalaraq, Azərbaycanı bir qədər fərqli formada “ittiham” edib. “12 günlük müharibədə sionist rejimin F- 35 və F- 16 təyyarələri və hündürdən uçan Hermon Hermes pilotsuz təyyarələri Zəngəzur adlanan bu dəhlizdən Tehran və Kərəc şəhərlərinin şimal-qərbini hədəfə alıb”.
Fərda Uğur