Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi geyim forması və ləvazimat alınmasına 733 311 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, qurum “Tekstil Təminat MH” MMC ilə müqavilə bağlayıb.
Alınacaq geyim formalarına furajkalar, papaqlar, gödəkçələr və s. daxildir.
Dövlət Xidmətinin bu istiqamətdə olan tenderlərini “Tekstil Təminat MH” qazanır.
Qeyd: Nizamnamə kapitalı 505 AZN olan MMC-nin qanuni təmsilçisi Rəfail Akim oğlu Hacıyevdir.