SƏFƏR MEHDİYEVİN XALASI OĞLU VƏZİFƏSİNDƏN AZAD EDİLDİ…backend

SƏFƏR MEHDİYEVİN XALASI OĞLU VƏZİFƏSİNDƏN AZAD EDİLDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfər Mehdiyevin qalmaqallı xalası oğlu tutduğu vəzifədən azad edilib.

Etibarlı mənbədən Tribunainfo.az-a verilən məlumata görə, Xocahəsən gömrük postunun rəisi vəzifəsində çalışan Vüsal Nuriyev vəzifəsindən azad edilib.

Bildirilib ki, Vüsal Nuriyev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, V. Nuriyev medianın yaddaşında öz avtomobili ilə qəza törətməsilə qalıb. 2020-ci il martın 8-də axşam saatlarındaV.Nuriyev Novxanı qəsəbəsində idarə etdiyi “90-AG-303” nömrə nişanlı, “Hundai Sonata” markalı, qara rəngli avtomobili ilə bir qadını vurub və və vurulan şəxs hadisə yerində ölüb. Hadisə zamanı onun sərxoş vəziyyətdə olduğu bildirilib.

Tribunainfo.az