Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Neftçala rayonu, Qaraqaşlı kəndi ərazisində fəaliyyət göstərən “Qaraqaşlı Broyler” ASC-nin fəaliyyəti zamanı formalaşan tullantıların qalaqlanaraq yandırılması faktı məyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktla bağlı müəssisənin rəhbəri Heydər Əsgərov barəsində akt, protokol tərtib olunub.
O, vəzifəli şəxs qismində cərimə olunub.
Qeyd edək ki, “Qaraqaşlı Broyler” ASC-yə məxsus əmtəə nişanlarından biri “Şəfa broyler”dir.