Gecə yağan şiddətli yağış nəticəsində “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisini su basıb.
Tribunainfo.az yazır ki, şiddətli yağan yağış Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərinin ərazisini su altında qoyub.
Mağaza sahiblərinin sözlərinə görə, bir neçə mağazaya ziyan dəyib. bəzi mağazalar su ilə dolub. Mağazaların qarşısı tamamilə sudur. Hazırda sözügedən ticarət mərkəzlərinin ərazisində subasma ilə əlaqədar mağazalar açılmayıb və bəziləri bu gün fəaliyyət göstərmir.
Hazırda Fövqəladə hallar nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərazilərə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilir.