Türkiyənin sevilən müğənnisi Seda Sayan bacısını qocalar evinə yerləşdirib.
Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, xəbər verir ki, Seda Sayan ürəkdağlayan bir vəziyyətdə olduğuni bildirib.
Məşhur müğənni bu addımı bacısının Alzeymer xəstəsi olduğuna görə bu addımı atmalə olduğuni bildirib.
O bildirib ki, bu qərarı vermək məcburiyyətində qalıb, çünki bacısının səhhəti gündən-günə pisləşib və artıq küçədə olmaq onun üçün ciddi təhlükə yaradır.
Seda Sayan vəziyyətlə bağlı belə deyib:
“Çünki Alzeymer xəstəliyinə görə artıq küçədə olmaq təhlükəli olmağa başladı. Bacım küçədə dolaşır, itir, hətta bir neçə dəfə onu polis bölməsindən götürməli olmuşuq. Ürəkdağlayan bir vəziyyətdəyik. Başımıza nələr gəldi, nələr yaşadıq, izah edə bilmirəm. Həm özü, həm də ətrafındakılar üçün təhlükə yaranmışdı”.
Sənətçi əlavə edib ki, bu vəziyyətlə yaşamaq ailəsi üçün də çox ağır olub:
“Heç olmasa artıq harada olduğunu bilirik. Baxıma ehtiyacı olduğu üçün burada daha yaxşı qayğı göstərilir”.
Gülşən Rəsul